Sağlam həyat tərzi, ziyanlı vərdişlərin fəsadları
03.05.2021-ci il tarixdə IXç sinfində sinif rəhbəri Təranə Aslanovanın təşkilatçılığı ilə “Sağlam həyat tərzi, ziyanlı vərdişlərin fəsadları” mövzusunda onlayn tədbir keçirildi. Tədbirdə çıxış edən T.Aslanova qeyd etdi ki, sağlam həyat tərzi dedikdə gümrah yaşamaq və xəstəliklərdən uzaq olmaq nəzərdə tutulur. Sinif rəhbəri bildirdi ki, düzgün qidalanmaq, erkən yaşlardan fiziki cəhətdən fəal həyat sürmək, müsbət fikirlər və nikbin əhval-ruhiyyə sağlam həyat tərzini şərtləndirən amillərdir. T.Aslanova şagirdlərə zərərli vərdişlərin fəsadları barəsində də geniş məruzə etdi. Tədbirdə şagirdlər də mövzu barəsində öz fikirlərini bildirdilər. Çıxışlarla yanaşı, tədbir boyu maarifləndirici slaydlar da nümayiş olundu.