Uşaqların icbari dispanserizasiyaya cəlb edilməsində valideynlərin rolu

30.04.2021-ci il tarixdə məktəbimizin biologiya müəllimi Rövşanə Həsənəliyeva rəhbərlik etdiyi VIa sinfinin valideynləri ilə onlayn formada maarifləndirici söhbət apardı. Uşaqların icbari dispanserizasiyaya cəlb edilməsi məqsədilə təşkil olunan söhbət zamanı R.Həsənəliyeva onların bu prosesdə iştirak etməsinin vacibliyini qeyd etdi. O, çıxışı zamanı xüsusi vurğuladı ki, uşaqların dispanserizasiyası onların sağlamlıq statusunun müəyyənləşdirilməsində mühüm amildir. “Sağlam gələcəyin təməli sağlam uşaqlarla qoyulur” fikrini nümunə çəkən sinif rəhbəri bütün valideynlərə bu prosesin həyata keçirilməsi üçün məsuliyyəti artırmağı tövsiyə etdi. Onlayn söhbət zamanı valideynlər də çıxış edərək bildirdilər ki, uşaqların müayinələrə cəlb olunması istiqamətində öz dəstəklərini əsirgəməyəcəklər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi