Ailə tərbiyəsinin uşağın şəxsiyyət kimi inkişafında rolu
30.04.2021-ci il tarixdə məktəbimizin VIIç sinfində “Ailə tərbiyəsinin uşağın şəxsiyyət kimi inkişafında rolu” mövzusunda onlayn tədbir keçirildi. Tədbiri VIIç sinfinin sinif rəhbəri Xaqani Mirzəyev təşkil etdi. O, mövzu ətrafında geniş çıxış edərək bildirdi ki, ailənin cəmiyyətdə oynadığı mühüm rollardan biri uşaqların şəxsiyyətinin formalaşması ilə bağlıdır. Sinif rəhbəri xüsusi qeyd etdi ki, gənc nəslin tərbiyəsi ailənin başlıca funksiyalarından, valideynlərin isə ən mühüm vəzifələrindən biridir. Tədbirdə şagirdlər də çıxış etdilər. Sonda uşaq şəxsiyyətinin formalaşmasında ailənin rolunu əks etdirən slaydlar nümayiş olundu.