Yaşlı və gənc nəslin dialoqunun düzgün qurulması

28.04.2021-ci il tarixdə məktəbimizin VIIIç sinfinin sinif rəhbəri Gülnar Abdurahmanova sinif şagirdləri ilə onlayn tədbir keçirdi. Tədbir “Yaşlı və gənc nəslin dialoqunun düzgün qurulması” mövzusuna həsr olundu. Mövzu ətrafında geniş fikirlər söyləyən sinif rəhbəri qeyd etdi ki, gənc nəslin faydalı həyat təcrübəsi əldə etməsi üçün yaşlı nəslə hər zaman ehtiyacı var. Ona görə də, nəsillər arasında dialoqun düzgün qurulması çox vacibdir. Sinif rəhbəri G.Abdurahmanova yeniyetmələrə yaşlı nəsildən uzaqlaşmamağı, hər zaman onların təcrübəsindən yararlanmağı, onlara hörmət və ehtiram göstərməyi tövsiyə etdi. Tədbirdə şagirdlərlə maraqlı diskussiya aparıldı. Onlar verilən tövsiyə və məsləhətlərə əməl edəcəklərini bildirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi