Valideyn-uşaq münasibətlərinin tənzimlənməsi
28.04.2021-ci il tarixdə IXa sinif şagirdlərinin iştirakı ilə
"Valideyn-uşaq münasibətlərinin tənzimlənməsi" mövzusunda maarifləndirici söhbət aparıldı. IXa sinfinin sinif rəhbəri Gülmira Məmmədova mövzu barəsində ətraflı məlumat verərək qeyd etdi ki, valideyn-uşaq münasibətlərinin düzgün qurulmaması günümüzün ən qabarıq problemlərindən biridir. Sinif rəhbəri cəmiyyətimizdə son zamanlar baş verən neqativ halları nümunə gətirərək yeniyetmələrə hər zaman diqqətli olmağı, valideynləri ilə daha çox ünsiyyət saxlamağı, onlardan mənəvi dəstək almağı tövsiyə etdi. Sonda şagirdlər də diskussiya prossesinə qoşularaq mövzu barəsində öz fikir və düşüncələrini ifadə etdilər.