Onlayn valideyn iclasları

21-24 aprel 2021–ci il tarixlərində məktəbimizin IX siniflərində təhsil alan şagirdlərin valideynləri ilə onlayn görüşlər keçirildi. Sinif rəhbərlərinin təşkilatçılığı ilə keçirilən valideyn iclaslarında məktəbin direktoru Azər Həsənov, təlim-tərbiyə işləri üzrə direktor müavini Məlahət Osmanova, həmin siniflərdə Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, ingilis dili fənlərini tədris edən fənn müəllimləri iştirak etdilər. Onlayn təşkil olunan valideyn iclaslarında başlıca məqsəd 15.03.2021-ci il tarixdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən IX siniflərdə keçirilən buraxılış imtahan fənlərindən sınaq qiymətləndirmənin nəticələrinin valideynlər ilə ətraflı müzakirə olunması idi. Məktəbin direktoru A.Həsənov siniflər üzrə sınaq qiymətləndirmənin nəticələrinin müqayisəli təhlilini apardı, sınaq qiymətləndirmədə aşağı nəticə göstərən şagirdlərin valideynləri ilə birbaşa ünsiyyət yaratdı. Fənn müəllimləri hər bir şagirdin təlim nailiyyətləri haqqında onların valideynlərini ətraflı məlumatlandırdı. Valideynlərin fikirləri dinlənildi, onlara övladlarının onlayn dərsdlərdə müntəzəm iştirak etməsi ilə yanaşı, buraxılış imtahanlarına ciddi hazırlaşmaları, vaxtdan səmərəli istifadə etmələri tövsiyə olundu. Onlayn görüşlərin keçirilməsindən məmnun qalan valideynlər məktəb rəhbərliyinə öz təşəkkürlərini bildirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi