Şagirdlərin dispanserizasiyası haqqında onlayn söhbət
23.04.2021-ci il tarixdə məktəbimizin biologiya müəllimi Rövşanə Həsənəliyevanın təşkilatçılığı ilə şagirdlər arasında dispanserizasiya barəsində maarifləndirici söhbət aparıldı. VIa sinif şagirdlərinin iştirakı ilə onlayn şəkildə aparılan söhbət zamanı dispanserizasiya haqqında geniş məlumat verildi. Bu mövzuda ətraflı çıxış edən R.Həsənəliyeva uşaqların sağlamlığının qorunması, normal fiziki inkişafının təmin edilməsi baxımından dispanserizasiyanın zəruri olduğunu diqqətə çatdırdı. Həmçinin o öz çıxışında son illər bu sahədə mühüm tədbirlərin həyata keçirildiyini, uşaqlara göstərilən tibbi xidmətin ketfiyyətinin yaxşılaşdırılması üçün görülən məqsədyönlü işləri də xüsusi vurğuladı. Onlayn söhbət zamanı uşaqların dispanserizasiyasına həsr olunan slaydların nümayişi də böyük əhəmiyyət kəsb etdi.