Narkomaniyaya “yox” deyək

24 aprel 2021-ci il tarixdə məktəbimizin X sinfində “İnsanları narkotiklərdən istifadədən nə çəkindirə bilər?” mövzusunda onlayn formada sorğu keçirildi. Sorğu zamanı şagirdlərə “Narkotiklərdən necə yayınmaq olar?”, “Narkotiklərə aludə olmuş insanlara necə yardım etmək olar?” formatında suallar ünvanlandı və müzakirələr aparıldı. Şagirdlər narkotiklərlə mübarizədə ən effektiv üsulların, yeniyetmələr və gənclər arasında maarifləndirmə, təbliğat işləri və sosial reklamların genişləndirilməsi istiqamətində atılacaq addımların əhəmiyyətli rol oynayacağını vurğuladılar. Tədbirdə həmçinin narkomanlığın cəmiyyətə və insanların sağlamlığına vurduğu ziyanı əks etdirən videoçarxlar da nümayiş etdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi