Qarabağ mövzusu bədii əsərlərdə

 “Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında” məktəbin 2020 – 2021-ci il Fəaliyyət Planına uyğun olaraq 19.04.2021-ci il tarixdə Azərbaycan dili və ədəbiyyat müəllimi Elnurə Salmanova IXç sinif şagirdləri ilə birgə onlayn tədbir təşkil etdi. Tədbir Qarabağın ədəbi tarixi, şifahi xalq yaradıcılığı,  bədii əsərlərdə Qarabağ mövzusuna həsr olundu. Azərbaycan dili və ədəbiyyat fənn metodbirləşməsinin rəhbəri E.Salmanova çıxış edərək qeyd etdi ki, görkəmli şair və yazıçılarımız Qarabağ mövzusuna hər zaman müraciət etmiş və bu mövzuda kifayət qədər bədii nümunələr yaratmışlar.Tədbirin iştirakçıları olan IXç sinif şagirdləri də mövzu ilə bağlı hazırladıqları təqdimatlarla çıxış etdilər.Onlar vaxtilə Qarabağ ərazisində yaşamış məşhur şair və yazıçılarımızın həyat və yaradıcılıqları barəsində məruzələr etdilər, Qarabağ müharibəsinə həsr olunan əsərlərdən və şeir parçalarından nümunələr gətirdilər. Tədbirdə Qarabağın ədəbi mühitinə, tanınmış şəxsiyyətlərinə həsr olunmuş slaydlar da nümayiş olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi