Antinarkotik dünyagörüşünün formalaşması
12.04.2021-ci il tarixdə məktəbimizin təsviri incəsənət müəllimi Türkan Məmmədova “Antinarkotik dünyagörüşünün formalaşması” mövzusunda maarifləndirici tədbir təşkil etdi. Tədbirdə bəşəriyyətin ən ağrılı problemlərindən biri olan narkomaniya barəsində şagirdlərə geniş məlumat verildi. Çıxışlarda qeyd edildi ki, bu problemin həllinə xidmət edən mühüm amil yeniyetmələr və gənclər arasında maarifləndirmə işinin genişləndirilməsidir. Məhz bu baxımdan təşkil edilən tədbirin böyük əhəmiyyəti olduğunu qeyd edən T.Məmmədova şagirdlərin mövzuya həsr etdikləri rəsm əsərlərini nümayiş etdirdi.