Məktəbimizin şəhidləri

Azərbaycan xalqının tarixinə şərəflə yazılan İkinci Qarabağ müharibəsi dövründə məktəbimizin məzunları da böyük şücaət göstərdilər. Torpaqlarımızın işğaldan azad edilməsi zamanı rəşadət və qəhrəmanlıq nümayiş etdirmiş yetirmələrimiz – Yaqubzadə Yaqub Eldəniz oğlu və Təhməzov Rəşad Qərib oğlu isə müqəddəs şəhidlik zirvəsinə ucaldılar. Böyük Qələbə naminə son nəfəsinədək vuruşaraq ölməzlik zirvəsini fəth edən məzunlarımızın xatirəsini əbədiləşdirmək məqsədilə məktəbimizin foyesində xatirə guşəsi yaradıldı. Xatirə guşəsində hər iki şəhidimizin keçdiyi şərəfli döyüş yolu haqqında məlumatlar və onların hərbi xidmət dövründəki fotoları əks olundu. Gənc nəslə vətənpərvəlik nümunəsi olan şəhid məzunlarımızın işıqlı xatirəsi hər zaman qəlbimizdə yaşayacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi