Valideynlər üçün vebinar keçirildi

09.04.2021-ci il tarixdə məktəbimizin psixoloqu Lalə Bayramova valideynlər üçün maarifləndirici vebinar təşkil etdi. Vebinarda məktəbin direktoru Azər Həsənov, təlim-tərbiyə işləri üzrə direktor müavini Məlahət Osmanova, həmçinin tərbiyə işləri üzrə direktor müavini Oktay Musayev iştirak etdi. Tədbiri giriş sözü ilə məktəbin direktoru A. Həsənov açdı. O, bugünkü vebinarın keçirilməsinin əsas məqsədi barəsində məlumat verərək, böyüməkdə olan gənc nəslin təlim-tərbiyəsi istiqamətində valideyn-məktəb əlaqəsinin danılmaz rolu olduğunu diqqətə çatdırdı. Daha sonra psixoloq L.Bayramova vebinarda çıxış edərək yeniyetməlik yaş dövrünün psixoloji xüsusiyyətləri haqqında valideynlərə geniş məlumat verdi. Son dövrlər cəmiyyətimizdə yeniyetmələr və gənclər arasında yaşanan intihar hallarına toxunan psixoloq belə vəziyyətlərin qarşısının alınması üçün mənəvi-psixoloji dəstəyin vacib olduğun qeyd etdi. Psixoloq həmçinin, böhranlı vəziyyətlərdə uşaqlarda yaranan hisslər, emosiyalar və davranışla bağlı problemlərin idarə edilməsinə dair valideynlərə lazımi tövsiyələrini verdi.  Mövzu ilə bağlı slaydlar  nümayiş  olundu.   Daha sonra isə məktəbin təlim-tərbiyə işləri ürə direktor müavini M.Osmanova, tərbiyə işləri üzrə direktor müavini O. Musayev də çıxış edərək mövzuya münasibətlərini bildirdilər. Şagirdlərin əhatə olunduğu mühitin, yaşadığı ailədəki psixoloji atmosferin onların sosial inkişafında başlıca rol oynadığını xüsusi vurğuladılar. Vebinarın sonunda valideynlər öz fikirlərini bildirdilər. Onlar cəmiyyət qarşısında dözümlü uşaq tərbiyə etmək, yeniyetmələrə sosial-psixoloji dəstək vermək baxımından vebinarın böyük əhəmiyyətini qeyd edərək məktəb rəhbərliyinə minnətdarlıqlarını bildirdilər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi