IX siniflərdə monitorinq keçirildi
15 mart 2021-ci il tarixdə məktəbimizin IX siniflərində monitorinq keçirildi. Monitorinqin keçirilməsi IX sinif şagirdlərinin qarşıdakı buraxılış imtahanlarına hazırlıq vəziyyətinin yoxlanılması, şagird nailiyyətlərinin izlənilməsi, onların bilik və bacarıqlarının aşkara çıxarılması məqsədi daşıyırdı. Monitorinq pandemiya dövründə xüsusi qaydalara riayət etməklə təşkil edildi. Şagirdlərə Azərbaycan dili, riyaziyyat və ingilis dili fənləri üzrə açıq və qapalı tipli tapşırıqlar təqdim olundu. 3 saat vaxt ərzində keçirilən imtahana məktəb rəhbərliyi tərəfindən ciddi nəzarət olundu. Tam obyektivlik şəraitində keçən monitorinqin təşkili şagirdlərin buraxılış imtahanlarına həm nəzəri, həm də psixoloji hazırlığı baxımından böyük əhəmiyyət kəsb etdi.