İbtidai siniflərdə məktəbdaxili qiymətləndirmə
12.03.2021-ci il tarixdə məktəbimizdə ibtidai siniflərdə əyani formada məktəbdaxili qiymətləndirmə keçirildi. İbtidai siniflər üzrə metodbirləşmə rəhbəri Natavan Cəlilovanın təşkil etdiyi qiymətləndirmə prosesində şagirdlərə Azərbaycan dili və riyaziyyat fənləri üzrə tapşırıqlar verildi. Məktəbdaxili qiymətləndirmənin keçirilməsində əsas məqsəd şagird nailiyyətlərinin izlənilməsi, onların bilik və bacarıqlarının aşkara çıxarılmasıdır. Qiymətləndirmə prosesi obyektivlik şəraitində, eyni zamanda pandemiya dövründə qaydalara riayət etməklə həyata keçirildi.