Vətəndaşlıq mövqeyinin formalaşmasında mənəvi və fiziki sağlamlıq amilinin rolu

Mart 2021-ci il tarixdə “Vətəndaşlıq mövqeyinin formalaşmasında mənəvi və fiziki sağlamlıq amilinin rolu” mövzusunda onlayn tədbir keçirildi. Tədbirdə məktəbin VII ç sinif şagirdləri iştirak etdilər. Məktəbin fiziki tərbiyə müəllimi, VII ç sinfinin sinif rəhbəri Xaqani  Mirzəyev çıxışında qeyd etdi ki, vətənpərvərlik hər bir dövlətin milli ideyasının əsas mahiyyətidir. Vətəndaşlıq mövqeyinin formalaşmasında mənəvi və fiziki sağlamlıq amilinin xüsusi rolu olduğunu bildirən məruzəçi bu mövzuda geniş fikir söylədi. Tədbirdə vətəndaşın əsl şəxsiyyət kimi formalaşmasında həm fiziki, həm də əqli sağlamlığın böyük önəm daşıdığını əks etdirən videoroliklər nümayiş olundu. Şagirdlər sağlamlıqla bağlı qiymətli fikirlər, aforizmlər səsləndirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi