Ümumdünya Mülki Müdafiə Günü
1 mart 2021-ci il tarixdə məktəbimizdə Ümumdünya Mülki Müdafiə Günü qeyd edildi. Mülki Müdafiə Gününün yüksək səviyyədə keçirilməsi üçün məktəbin direktoru Azər Həsənovun 24.02.2021-ci il tarixli 30 №-li Əmrinə əsasən əvvəlcədən təşkilat komissiyası yaradıldı və tədbirlər planı təsdiq olundu. Plana uyğun olaraq, ölkəmizdə koronavirus pandemiyasının geniş yayılma təhlükəsinin qarşısının alınması məqsədilə Mülki Müdafiə Gününə həsr olunan tədbirlər onlayn formada təşkil edildi. “Milli iqtisadisadiyyatın qorunmasına yönəlmiş güclü mülki müdafiə” mövzusunda keçirilən tədbirdə Ümumdünya Mülki Müdafiə Gününün mahiyyətini, mülki müdafiənin rolunu əks etdirən çıxışlar edildi. Çıxışlarda ölkəmizdə təhlükəsiz cəmiyyətin formalaşdırılması istiqamətində görülən işlərdə mülki müdafiə sisteminin danılmaz rolu olduğu xüsusi vurğulandı. Eyni zamanda Mülki Müdafiə Günü ilə əlaqədar məktəbin foyesində mülki müdafiə guşəsi yaradıldı. II, V, VI siniflərdə distant formada Microsoft Teams platformasında açıq dərslər keçirildi.