Peşə seçimi

İnsan həyatının ən taleyüklü məsələlərindən biri onun peşə seçimi ilə bağlıdır. Şagirdlərin peşə seçməyə hazırlanması, onların maraq və meyillərini, cəmiyyətin sosial-iqtisadi sahələrindəki tələbatlarını nəzərə almaqla münasib peşəyə yiyələnməsi ən önəmli amillərdən biridir. Bu məqsədlə məktəbin psixoloqu Lalə Bayramova IX sinif şagirdləri ilə “Peşə seçimi” mövzusunda seminar təşkil etdi. Şagidlərin bu sahədə tövsiyə və məsləhətlərə ciddi ehtiyac olduğunu nəzərə alan psixoloq seminarda çıxış edərək mövzu barədə geniş məlumat verdi. O, qeyd etdi ki, yeniyetmələrə peşə seçimi zamanı dəstək olmaq, onlara düzgün istiqamət vermək, ölkəmizə səmərə verəcək xoşbəxt nəsil yetişdirmək məktəbin üzərinə düşən ən mühüm vəzifələrdən biridir. Seminarda mövzu ilə bağlı slaydlar nümayiş olundu, şagirdlərin iştirakı ilə ətraflı müzakiələr aparıldı, onları maraqlandıran suallara cavab verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi