Beynəlxalq Ana Dili Günü
20 fevral 2021-ci il tarixdə 21 fevral Beynəlxalq Ana Dili Gününə həsr olunmuş onlayn tədbir keçirildi. Tədbiri məktəbin Azəbaycan dili və ədəbiyyat müəllimi Aysel Rəhimova sinif rəhbəri olduğu X sinif şagirdləri ilə təşkil etdi. A.Rəhimova tədbirdə çıxış edərək qeyd etdi ki, ana dili hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən güclü vasitədir. Ana dilimizi mükəmməl bilməli, onu yad ünsürlərdən qorumalıyıq. Tədbirdə çıxış edən X-lar 21 feval Beynəlxalq Ana Dili Gününün qeyd olunmasının tarixi ilə bağlı məruzə etdilər, xalqımıza və onun dilinə tükənməz məhəbbətin ifadəsi olan şeirlər söylədilər. Onlayn tədbir zamanı milli varlığımızın aynası olan ana dilimizin saflığı, qorunması uğrunda dövlətimiz tərəfindən aparılan məqsədyönlü işləri əks etdirən videoslaydlar da nümayiş olundu.