İ.Əliyevin uğurlu daxili və xarici siyasəti
Yanvar 2021-ci il tarixdə məktəbimizin tarix müəllimi Həsrət Səmədov “Azərbaycan Respublikasının prezidenti, Ali Baş Komandan İ.Əliyevin Vətən müharibəsi dövründə Azərbaycan dövlətinin daxili və xarici siyasəti” mövzusunda onlayn dərs təşkil etdi. 9c sinif şagirdləri ilə keçirilən onlayn dərs zamanı müzəffər Ali Baş Komandan İ.Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasəti, diplomatik manevrləri, Vətən müharibəsində göstərdiyi qətiyyəti barəsində ətraflı məruzələr edildi. Çıxışlarda vurğulandı ki, Vətən müharibəsində qazandığımız qələbə düzgün seçilmiş daxili siyasətin – Xalq – Dövlət – Ordu birliyinin bariz nümunəsidir. Mövzu barəsində şagirdlər də öz fikirlərini bildirərək qeyd etdilər ki, İ.Əliyevin apardığı istər daxili, istərsə də, xarici siyasəti müstəqil dövlətimizin dünya birliyindəki mövqelərini daha da artırdı. Onlayn dərs zamanı İ.Əliyevin ölkəmizə rəhbərlik etdiyi müddətdə dövlət idarəçiliyində qazandığı uğurları əks etdirən slaydlar da nümayiş olundu.