Stressin idarə olunması
Stress hər kəsin həyatda qarşılaşdığı bir vəziyyətdir. Stresdən qaçmaq mümkün deyil, lakin onun öhdəsindən gəlmək mümkündür. Stressə yol açan, emosional gərginlik yaradan amillər şagirdlərin həyatından da yan keçmir. Bunun uzun müddət davam etməsi isə onların həm fiziki, həm də psixi sağlamlığına zərbə vurur. Belə hallarda psixoloji işin aparılması səmərəli nəticə verir. Bu məqsədlə məktəbin psixoloqu Lalə Bayramova IX sinif şagirdləri ilə vebinar təşkil etdi. Vebinarda şagirdlərə stressin idarə olunması, stresdən azad olmağın, daxili harmoniyanı tapmağın yolları haqqında geniş məlumat verildi. Mövzu ilə bağlı slaydlar nümayiş olundu. Ətraflı müzakirələr aparıldı. Sonda psixoloq şagirdləri maraqlandıran sualları cavablandırdı.