20 Yanvar – qan yaddaşımız

19.01.2020-ci il tarixdə Azərbaycan dili və ədəbiyyat müəllimi Rəhimova Aysel  VIc sinif şagirdləri ilə birgə “20 Yanvar - qan yaddaşımız"  mövzusunda tədbir təşkil etdi. Tədbirdə şagirdlər 20 Yanvar və Qarabağ müharibələri şəhidlərini hörmətlə yad edib, onlara şeirlər ithaf etdilər. Mövzu ilə bağlı mühazirələr dinlənildi və müzakirələr aparıldı. Xüsusilə vurğulandı ki, bu il 20 Yanvar faciəsi fəxrlə və qürurla qeyd olunur, çünki 30 ildən sonra Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmiş və şəhidlərimizin qisası alınmışdır. Tədbirdə həmçinin şagirdlərin hazırladıqları videoçarxlar da nümayiş etdirildi. Xalqımızın azadlıq mübarizəsini əks etdirən bu videoçarxlar şagirdlərdə böyük qürur hissi doğurdu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi