20 Yanvar– Qanlı Yanvar

Azərbaycan xalqının tarixinə qanla yazılmış 20 Yanvar faciəsindən 31 il ötür. 19.01.2021-ci il tarixdə faciə qurbanlarının xatirəsini yad etmək məqsədilə məktəbimizin IVb sinif şagirdlərinin iştirakı ilə onlayn tədbir keçirildi. Tədbirdə IVb sinfinin sinif rəhbəri M. Əskərova çıxış edərək Qanlı Yanvar hadisələri barəsində şagirdlərə ətraflı məlumat verdi. O, çıxışında qeyd etdi ki, 20 Yanvar faciəsi insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixin yaddaşından heç vaxt silinməyəcəkdir. Tədbirdə faciə qurbanlarının xatirəsinə həsr olunan şeirlər səsləndi, şagirdlərin çəkdikləri rəsmlər nümayiş olundu. Qanlı şənbə gecəsini əks etdirən tarixi anlardan ibarət videotəqdimatlar iştirakçılara böyük hüzn və kədər yaşatdı.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi