Qanlı yanvar faciəsi

1990-cı il yanvar ayının 20-də Bakı şəhərində törədilmiş amansız cinayətdən 31 il ötür. Həmin gecə tarix ən dəhşətli faciələrindən birinə şahidlik etdi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda sovet ordusu tərəfindən dinc əhaliyə qarşı kütləvi qırğın hadisəsi törədildi. Əvvəlcədən planlaşdırılmış bu təcavüz aksiyası xalqımızın milli azadlıq uğrunda mübarizəsini boğmaq, xalqı təhqir edərək ona mənəvi zərbə vurmaq məqsədi daşıyırdı. Bu qanlı cinayət nəticəsində yüzlərlə insan günahsız yerə qanına qəltan edilsə də, xalqımız mübarizə yolundan dönmədi. Uzun illər sovet imperiyasının əsarətində yaşayan yurdumuz milli istiqlalına qovuşdu. Bakının ən hündür yerində Vətən uğrunda canlarını fəda edən mərd oğul və qızlarımızın uyuduğu Şəhidlər xiyabanı müqəddəs and yerinə çevrildi. İnanırıq ki, milli iradəmizin simvolu olan 20 yanvar tarixi bundan sonrakı nəsillər üçün də qürur mənbəyi olacaqdır. Allah bütün şəhidlərə rəhmət eləsin!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi