Fənn müsabiqəsi

16.01.2021-ci il tarixdə məktəbimizdə VIII-XI sinif şagirdlərinin iştirak etdiyi onlayn fənn müsabiqəsi keçirildi. Fənn müsabiqəsində Azərbaycan dili və ədəbiyyat,  riyaziyyat,  tarix,  coğrafiya,  kimya,  fizika, biologiya və informatika fənlərindən öz bilik və bacarıqlarına güvənən 75 şagird iştirak etdi.  Fənn müəllimləri virtual məktəbdə Microsoft Teams platformasının imkanlarından yararlanaraq  Microsoft   Formsda  şagirdlərə hər fənn üzrə 30 test tapşırığı təqdim etdilər.  Müsabiqənin obyektiv keçirilməsi üçün qeyri - ixtisas müəllimlərindən ibarət  nəzarətçilər  təyin edildi.  Nəzarətçi müəllimlər müsabiqənin şəffaf keçirilməsini təmin etdilər.  Şagirdlər öz nəticələri ilə yerindəcə tanış ola bildilər.  Müsabiqənin nəticələri yekunlaşdırıldıqdan sonra şagirdlər yenidən onlayn videokonfransa dəvət olunacaq və ən yüksək nəticə göstərmiş qaliblər elan  ediləcəkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi