Dünya Azərbaycanlılarının Həmrəylik Günü

26.12.2020-ci il tarixdə məktəbimizin   VIII-a sinif şagirdləri Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş onlayn təqdimat etdilər. Şagirdlərin təqdimatında ikiyə bölünmüş bir xalqın ürəyində daşıdığı nisgilə, həsrətə son qoyan 31 dekabr 1989-cu il hadisələri haqqında məlumat verildi. İştirakçılar 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün tarixi əhəmiyyətini xüsusi vurğulayaraq qeyd etdilər ki, ümummilli lider Heydər Əliyevin sərəncamına əsasən hər il ölkəmizdə bu möhtəşəm günün bayram təntənəsi yaşanır. Video təqdimatda şagirdlərin ifasında Ali Baş Komandan İlham Əliyevin rəhbəriliyi ilə 44 günlük II Vətən müharibəsində müzəffər ordumuzun zəfər yürüşünə, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizə həsr olunan şeirlər də öz əksini tapdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi