Həmrəyliyimiz əbədidir!

Azərbaycan xalqının tarixində ən əlamətdar günlərindən biri də 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Bu tarixi günün əsası 1989-cu ildə qoyulub. Uzun zaman bir-birinə həsrət qalan Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəklərinin dağıdılması o taylı – bu taylı millətimizin birləşmək istəyinin simvolu oldu. 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün təsis edilməsi ümummilli lider H.Əliyevin adı ilə bağlıdır. 1993-cü ildə Azərbaycan Respublikasının Prezidenti H.Əliyevin fərmanı ilə Həmrəylik Günü rəsmi bayram elan edildi. Beləliklə, dünyanın 70-dən çox ölkəsinə səpələnən 50 milyondan artıq azərbaycanlının vahid azərbaycançılıq ideyası ətrafında birləşdirilməsinin əsası qoyuldu. Xalqımız, eləcə də dünyanın müxtəlif ölkələrində məskunlaşmış soydaşlarımız hər il Həmrəylik Gününü böyük həvəs və coşqu ilə qeyd edir. Bu tarixi gün ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqə qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Azərbaycançılıq ideologiyasına söykənərək hər zaman birlik nümayiş etdirməyi bacaran bütün soydaşlarımızı, bütövlükdə Azərbaycan xalqını Həmrəylik Günü münasibətilə təbrik edir, vətənimizin inkişafı naminə böyük uğurlar arzu edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi