"Lütfi Zadə adına Məktəblilərarası V Məntiq Olimpiadası" keçirildi

BŞTİ-nin təşkilatçılığı ilə şagirdlərin məntiq biliklərinin inkişafına təkan vermək, xüsusilə məntiqi təfəkkürü ilə fərqlənən şagirdləri aşkara çıxarmaq məqsədilə ənənə halını alan “Lütfi Zadə adına Məktəblilərarası V Məntiq Olimpiadası” keçirildi. Olimpiada mövcud qaydalar çərçivəsində onlayn şəkildə təşkil edildi. Təlimata uyğun olaraq 16.12.2020-ci il tarixdə olimpiadanın əvvəlcə sınaq turu, 20.12.2020-ci il tarixdə isə məktəb mərhələsi həyata keçirildi. Hər iki mərhələdə məktəbimizi VI – VII siniflərdə təhsil alan 10 nəfər şagird təmsil etdi. Olimpiadanın məktəb turunda şagirdlərə 90 dəqiqə vaxt ərzində 25 sual təqdim olundu. Əvvəldən təyin edilmiş nəzarətçi müəllim tərəfindən imtahan prosesi diqqətlə izlənildi, köçürmə hallarının olmamasına, şagirdlərin mikrofon və kameralarının imtahan müddətində fasiləsiz açıq saxlanılmasına ciddi nəzarət edildi. İlk mərhələdən uğurla keçən şagirdlərin final turuna qatılacaqları barəsində iştirakçılara məlumat verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi