“Virtual Məktəb”də milli qiymətləndirmə

19 dekabr 2020-ci il tarixdə saat 14:00-da “Virtual Məktəb”də fənlər üzrə keyfiyyət dəyişikliklərini dəyərləndirmək məqsədilə milli qiymətləndirmə təşkil olundu. Milli qiymətləndirmədə məktəbimizin IV, VI və IX sinif şagirdləri iştirak etdilər. Şagirdlər “Virtual Məktəb” platformasında “Teams - General” bölməsindən “Testlər” altbölməsinə daxil olaraq, tədris dili, riyaziyyat və ingilis dili fənləri üzrə orada yerləşdirilən test tapşırıqlarını cavablandırdılar. Qiymətləndirmə prosesində məktəbimizin şagirdləri yüksək fəallıq nümayiş etdirdilər. “Virtual Məktəb”də qeydiyyatdan keçən IV sinif şagirdlərindən 76, VI siniflərdən 48, IX siniflərdən isə 68 nəfər şagird müvafiq vaxt çərçivəsində bilik və bacarıqlarını sınadılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi