“Qarabağ Azərbaycandır!” adlı intellektual müsabiqənin məktəb mərhələsi
15 dekabr 2020-ci il tarixdə məktəbimizdə BŞTİ-nin “Qarabağ Azərbaycandır!” adlı intellektual müsabiqənin təşkili və keçirilməsi barədə 04.12.2020-ci il tarixli F-246 nömrəli əmrinə müvafiq olaraq müsabiqənin məktəbdaxili mərhələsi baş tutdu. Müsabiqənin məktəbdaxili mərhələsi Əsasnaməyə uyğun VIII–XI sinif şagirdləri arasında onlayn şəkildə təşkil olundu. Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Məlahət Osmanova “Qarabağ Azərbaycandır!” adlı intellektual müsabiqənin keçirilməsi haqqında iştirakçı şagirdlərə ətraflı məlumat verdi, müsabiqənin vəzifələri və keçirilmə qaydaları haqqında danışdı. Məktəbin tarix müəllimi Həsrət Səmədov, Çağrışaqədərki hazırlıq rəhbəri, fənn müəllimi Arzu Əliyev müsabiqənin əhəmiyyəti haqqında danışaraq iştirakçı şagirdlərə uğurlar dilədilər. Müsabiqədə təqdim olunan əsas istiqamətlər üzrə müəllimlərin hazırladıqları suallara şagirdlər dolğun və ətaflı cavablar verdilər. Müsabiqədə iştiark edən şagirdlərdən G.Abdullayevanın, Z.Rusdamzadənin, T.Huseynovun, Ş.Alışovanın, S.Abdullazadənin, A.Qardaşovanın cavabları müəllimlər tərəfindən qənaətbəxş qiymətləndirildi. Müsabiqənin məktəbdaxili mərhələsinin qalibi 9b sinif şagirdi G.Abdullayeva elan olundu. Sonda müsabiqənin iştirakçılarının hər biri tarixi qələbəmiz, Qarabağ haqqında ös hisslərini xoş sözlərlə ifadə etdilər.