Xoş gəldin, Qarabağım
Təhsil Nazirliyinin 16.11.2020-ci il tarixli F-512 №li əmrinə əsasən “Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında” Fəaliyyət planına uyğun olaraq məktəbimizdə müxtəlif tədbirlər keçirilir. 08.12.2020-ci il tarixdə 4b sinfində təşkil edilmiş “Xoş gəldin, Qarabağım” adlı onlayn tədbir də bu mövzuya həsr olundu. Tədbirin təşkilatçısı 4b sinfinin rəhbəri M. Əskərova iştirakçılara Vətən müharibəsində əldə edilmiş tarixi qələbə haqqında ətraflı məlumat verdi. Şagirdlər 30 illik bir dövr ərzində işğal altında qalan torpaqların azad olunmasına, tarixi ədalətin bərpa edilməsinə həsr etdikləri təqdimatlarla çıxış etdilər. Həmçinin xalqımızın mübarizə tarixini əks etdirən əl işlərini və hazırladıqları videoslaydları nümayiş etdirdilər.