Emosional vəziyyətin öyrənilməsi

Şagirdlərdə emosional gərginliyin əmələ gəlməsi və uzun müddət davam etməsi onların həm fiziki, həm də psixi sağlamlığına ciddi təsir göstərir. Bu aktual problemləri daim diqqət mərkəzində saxlayan məktəbin psixoloqu L.Bayramova şagirdlərin emosional vəziyyətini öyrənmək istiqamətində onlayn görüş təşkil etdi. Görüşün keçirilməsində əsas məqsəd psixi durumu qeyri-sabit, zəif iradi keyfiyyətlərə malik olan şagirdlərin problemlərini aşkar etmək idi. Onlayn görüşdə psixoloqun təqdim etdiyi anket sorğunu cavablandıran şagirdlərin - təşviş, aqressivlik, frustrasiya və rigidlik kimi emosional vəziyyətlərinin səviyyəsi müəyyən edildi. Görüşün sonunda məktəbin psixoloqu şagirdlərə özünütənzimləmə, emosional stressdən azad olmaq istiqamətində öz tövsiyələrini verdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi