17 Noyabr – Milli Dirçəliş Günü

17 Noyabr ölkəmizdə Milli Dirçəliş Günü kimi qeyd edilir. Bu tarixi gün Azərbaycan xalqının milli – azadlıq hərəkatı ilə bağlıdır. 1988-ci ilin noyabr ayının 17-də Bakının Azadlıq meydanında Sovet İttifaqının xalqımıza qarşı yürütdüyü siyasətə etiraz əlaməti olaraq kütləvi mitinqlər başlanır. Xalq bir yumruq kimi birləşərək mübarizəyə qalxır. Azərbaycanda bu hadisələr milli-azadlıq hərəkatı kimi qiymətləndirilir və Vətənimizin istiqlaliyyət qazanmasında əsas amil hesab edilir. Azadlıq carçılarının apardığı mübarizə tarixi 1992-ci ildən etibarən Dirçəliş Günü kimi yaddaşlara həkk olur. Artıq 28 ildir ki, Milli Dirçəliş Günü ölkəmizdə tarixi əhəmiyyətli bir gün kimi qeyd olunur. Bu tarixi gün haqqında danışan ümummilli lider Heydər Əliyev demişdir: “Xalqın qanında yaşayan azadlıq istəyinin, müstəqillik arzusunun qabağını heç bir qüvvə, ən güclü sel belə kəsə bilməz.” Beləliklə, xalq öz birliyini nümayiş etdirərək böyük qurbanlar bahasına da olsa, arzusunu reallaşdırdı və əbədi müstəqilliyinə qovuşdu. Bu gün hər birimiz fəxrlə deyirik: “Biz azad ölkənin azad vətəndaşlarıyıq!” Milli Dirçəliş Günümüz mübarək!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi