Şəhidlər ölməz, vətən bölünməz!

Məktəbimizdə şagirdlərin milli vətənpərvərlik ruhunda tərbiyə olunması daim diqqət mərkəzində saxlanılır.  Məktəbin psixoloqu L. Bayramovanın   şagirdlər arasında “Şəhidlər ölməz, vətən bölünməz!” devizi altında təşkil etdiyi onlayn esse yazı müsabiqəsi də bu mövzuya həsr olundu. Onlayn müsabiqədə təlim-tərbiyə işləri üzrə direktor müavini Məlahət Osmanova, həmçinin Azərbaycan dili və ədəbiyyat müəllimi Elnurə Salmanova da iştirak etdilər. Müsabiqənin keçirilməsində məqsəd şagirdlərdə tarixi yaddaş, qan yaddaşını formalaşdırmaq, Vətən uğrunda şəhid olanların ruhunun hər zaman uca tutulduğu ideyasını təbliğ etmək və onlarda vətənpərvərlik kimi müqəddəs hisslərin hansı səviyyədə inkişaf etdiyini müəyyənləşdirmək idi. Şagirdlər hazırladıqları esse yazıları təqdim etdilər, ətraflı müzakirələr aparıldı. Müəllimlər şagirdlərə öz tövsiyələrini verərək qeyd etdilər ki, Azərbaycanın bütövlüyü uğrunda canlarından keçən qəhrəmanlarımızı, şəhidlik zirvəsinə ucalan oğul və qızlarımızı hər zaman yad etmək, onların ruhunu uca tutmaq hər bir azərbaycanlının müqəddəs borcudur. Müsabiqənin sonunda esseləri ilə daha çox fərqlənən şagirdlərin – Orucova Aytac, Hüsiyev Turan və Səfərəliyev Nadirin adları xüsusi qeyd olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi