12 noyabr Azərbaycan Respublikasının Konstitusiyası Günüdür

Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan müstəqil dövlətimizin ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş referendum yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minib. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkədə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaratdı, onun inkişafına güclü təkan verdi. 1996-cı il 1 noyabr tarixli Fərmana əsasən hər il noyabrın 12-si Konstitusiya Günü kimi qeyd edilməyə başladı. Ötən illər boyu ölkənin sürətli inkişafı nəticəsində yeni dövrün tələblərinin yaratdığı zərurətlə əlaqədar Azərbaycan Konstitusiyasına bir neçə əhəmiyyətli dəyişikliklər və əlavələr edilib. Bu əlavə və dəyişikliklər insan hüquq və azadlıqlarının daha səmərəli təmin edilməsinə, hüquq azadlıqlarının müdafiəsində dövlət və bələdiyyələrin məsuliyyətinin artırılmasına yönəlib, yeni dövrün tələblərinə uyğunlaşdırılıb. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev Konstitusiyaya əsaslanaraq vətənin ərazi bütövlüyünü təmin etmək məqsədi ilə Qarabağın işğaldan azad olunmasına göstəriş verdi. Xalqımız haqq mübarizəsində qalibiyyət qazandı. Bu tarixi qələbəmiz, eləcə də Konstitusiya Günü münasibəti ilə bütün xalqımızı təbrik edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi