Pandemiyanın yaratdığı psixoloji gərginlikdən necə azad olaq?

22-23 sentyabr 2020-ci il tarixdə məktəbin psixoloqu Lalə Bayramova ibtidai sinif şagirdləri arasında dünyanı cənginə alan koronavirus pandemiyası ilə bağlı maarifləndirici söhbət apardı. Psixoloq pandemiyanın yaratdığı psixoloji gərginlik və bu gərginlikdən azad olmağın yolları ilə bağlı öz məsləhətlərini verdi. O qeyd etdi ki, koronavirus dunyada sürətlə yayılır. İnsanları virusa yoluxmadan qorumaq və pandemiyanın qarşısını almaq üçün hər gün yeni qadağalar tətbiq olunur. Bütün bunlar isə sözsüz ki, insanların psixologiyasına mənfi təsirsiz ötüşmür, ciddi psixoloji gərginliyə səbəb olur. Psixoloq şagirdləri son dərəcə nikbin olmağa, psixoloji durumlarını yaxşılaşdırmağa, vitaminli qidalar qəbul etməyə, dövlətimiz tərəfindən müəyyən edilən qaydalara tam əməl etməyə çağırdı. O, bildirdi ki, qoxmaqla və panikaya düşməklə heç nə əldə etmək olmaz. Çünki psixoloji immuniteti zəif olan insanların xəstəliyə tutulma ehtimalı daha çox olur. Bununla yanaşı xəstəliyə qarşı laqeyd olmaqla da özümüzü təhlükəyə atmış oluruq. Ona görə də əhvalımızı yüksək tutmalı, psixoloji immunitetimizi möhkəmləndirməli, bütün lazımi tədbirlərə - istər qidalanma, istərsə də gigiyena qaydalarına riayət etməliyik. Psixoloq çıxışının sonunda vurğuladı ki, uşaqları qorumaq, onlara dəstək olmaq, ən əsası isə sağlam və xoşbəxt gələcək bəxş etmək hər birimizin arzusu və məqsədidir. Nə koronavirus, nə də karantin daimi deyil. Ona görə də əsas hədəfimiz sağlamlığımızı qorumaq olmalıdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi