Yeni tədris ili
Respublikamızın bütün ümumi təhsil müəssisələrində olduğu kimi 2020-ci il sentyabrın 15-dən məktəbimizdə də yeni tədris ilinə start verildi. Ötən dərs ilindən fərqli olaraq koronavirus pandemiyası ilə əlaqədar bu il məktəbimizdə də dərslər həm əyani, həm də distant formada fəaliyyətə başladı. Məktəbə ilk dəfə qədəm qoyan I – lər, eləcə də II – IV sinif şagirdləri sosial məsafəni gözləməklə, həftədə 2 dəfə əyani formada olmaqla dərslərə cəlb edildilər. I – IV siniflərdə ilk dərslər “Gigiyena qaydalarına necə əməl edirəm?” mövzusuna həsr edildi. Dərs məşğələlərində şagirdlərə koronavirus infeksiyasından qorunmaq üçün sosial məsafəni gözləmələri, şəxsi gigiyena qaydalarına ciddi əməl etmələri barədə ətraflı məlumatlar verildi. V – XI sinif şagirdlərinin dərs məşğələləri isə müvafiq dərs cədvəl əsasında distant formada həyata keçirilməyə başlanıldı.