Yeni tədris ilini qarşılayırıq
Bildiyimiz kimi Nazirlər Kabineti “Xüsusi karantin rejmi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssələrində tədris və təlim-tərbiyə prosessinin təşkilinin müvəqqəti Qaydaları”nın təsdiq edilməsi barədə qərar qəbul etmiş və müvəqqəti Qaydalar haqqında Təlimatla məktəbin pedoqoji kollektivi, texniki işçi həyəti, təhsilalanların valideyinləri məlumatlandırılmışlar. 15 sentyabr 2020-ci il yeni tədris ilinin başlanmasına qədər artıq məktəbimizdə müvəqqəti Qaydalar barədə Təlimatın ümumi göstərişlərinə uyğun olaraq ibtidai siniflər üçün əyani və distant formada tədrisin dərs cədvəli hazırlanmış, sinif otaqlarında tədris və təlim-tərbiyə prosesinin təşkili Təlimatın tələblərinə uyğunlaşdırılmışdır. Məktəbin daxilində təhsil müəssisələrində sosial məsafənin təmin edilməsi ilə bağlı Təlimata uyğun olaraq zəruri tədbirlər görülmüş, məktəbin həyətyanı sahəsində sosial məsafənin saxlanması ilə əlaqədar dayanma işarələri çəkilmiş və davranış qaydaları izah edilmişdir. Yeni dərs ilində məktəbimiz Təlimatın tələblərindən irəli gələn göstərişləri yerinə yetirməyə və tədris, təlim-tərbiyə prosesini uğurla davam etdirməyə tam hazırdır.