15 iyun – Milli Qurtuluş Günü
XX yüzilliyin sonunda ölkəmiz ikinci dəfə öz müstəqilliyinə qovuşdu. Bu, Azərbaycan xalqının öz iradəsini cəsarət və mütəşəkkillik nümayiş etdirməklə bildirməsi nəticəsində mümkün oldu. Müstəqilliyin ilk günlərindən etibarən xalqımız çox böyük məhrumiyyətlərlə üzləşdi, erməni qəsbkarlarının torpaqlarımızı işğal etməsi, Dağlıq Qarabağ münaqişəsinin əsil müharibəyə çevirlməsi ,ölkənin düşdüyü iqtisadi vəziyyət, siyasi böhran, xalqı mövcud problemləri həll etmək və siyasi müstəqilliyini qoruyub saxlamaq, irəliyə inamlı addımlarla addımlamaq üçün öz xilaskarını Ulu öndər Heydər Əliyev şəxsiyyətində görməyə məcbur etdi. Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda hakimiyyətə qayıtması xalqımızın, dövlətimizin ictimai-siyasi həyatında mühüm bir dönüş nöqtəsi oldu. Bu hadisə ölkənin tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu. 1997 - ci ildən etibarən 15 iyun Azərbaycan Respublikasında Milli Qurtuluş Günü kimi bayram edilir: Azərbaycan xalqının böyük oğlu, Ümummilli lider Hyedər Əliyevin respublika rəhbərliyinə qayıdışı xalqın gözlədiyi kimi, ölkənin ən mühüm sahələrdə ciddi irəliləyişinə səbəb oldu və vətəndaş müharibəsinin qarşısını aldı. Azərbaycan xalqı haqlı olaraq onun ölkəyə yenidən rəhbərlik etməsinə Milli Qurtuluş adı verdi.