Təhsil əngəl tanımır

 Koronavirus pandemiyası ilə əlaqədar təhsil ocaqlarının fəaliyyət göstərməməsi səbəbindən fənn müəllimlərimiz dərslərini davamlı olaraq onlayn formada tədris edirlər.  Məktəbimizin 7 c sinfinin sinif rəhbəri Gülsabah Ətayi xarici dilin tədrisini müasir texnologiyaların imkanlarından istifadə edərək yüksək peşəkarlıqla həyata keçirir.  Zoom proqramı vasitəsilə təşkil olunan dərslər zamanı şagirdlərə yeni mövzular izah edilir, ev tapşırıqları yoxlanılır, qarşılıqlı  müzakirələr aparılır.  Fənn müəllimi tərəfindən şagirdlərin xarici dil biliklərinin inkişaf etdirilməsi daim diqqətdə saxlanılır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi