Dezinfeksiya, təmizləmə və sanitariya tədbirləri
03.03.2020- ci il tarixdə “ Dezinfeksiya stansiyasının Suraxanı rayonlararası bölməsi “ MMC tərəfindən məktəbdə dezinfeksiya işləri aparılmışdır. Tibbi profilaktik şəraitə dair qabaqlayıcı tədbirlər görülməsi üçün verilmiş tövsiyyələrlə bütün sinif rəhbərləri məlumatlandırılmış və hər bir müəllimə sinif rəhbəri olduğu siniflərin valideynlərini məlumatlandırmaq tapşırılmışdır. Təmizləmə və sanitariya tədbirləri məktəbin texniki heyəti tərəfindən aparılır. Bu zaman ətraf mühitdə olan əşya və səthlər mikroblardan, çirklərdən və.s təmizlənir. Təmizləmə zamanı yuyucu vasitələrdən istifadə edilərək mikroblar səthlərdən fiziki olaraq çıxarılır ki, bu da infeksiyanın yayılma riskini azaldır, həmçinin dezinfeksiya tədbirlərinin effektivliyini artırır. Məktəbdə tibbi profilaktik işlər davam etdirilir.