Mütaliəni həyat devizinə çevirək

27.02.2020-ci il tarixdə məktəbimizin kitabxanasında “Mütaliəni həyat devizinə çevirək” başlığı altında bədii əsərlərin oxusu və müzakirəsinin təşkili ilə bağlı tədbir keçirildi. Tədbiri giriş sözü ilə məktəbin kitabxana müdiri Mirzəyeva Gülçöhrə açdı.  O öz çıxışında qeyd etdi ki, mütaliə ilə məşğul olmağın insanın yüksək intellektə malik olmasında, söz ehtiyatının artırılmasında, bədii-estetik zövqünün inkişaf etdirilməsində müstəsna əhəmiyyəti vardır.   Keçirilən tədbirin əsas iştirakçıları olan VIIc sinif şagirdləri mütaliənin əhəmiyyəti, kitab oxumağın faydaları ilə bağlı çıxışlar etdilər, ətraflı müzakirələr apardılar.  Müzakirələrin sonunda çıxış edən VIIc sinifinin sinif rəhbəri Gülsabah Ətayi şagirdləri daim mütaliəyə həvəsinin artırılması,   mütaliə vərdişlərinin formalaşdırılması istiqamətində bundan sonra da mühüm işlərin aparılacağını bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi