Azərbaycan dili, ədəbiyyatı, tarixi və incəsənətinə məhəbbətin aşılanması

18.02.2020-ci il tarixdə məktəbimizdə Azərbaycan dili, ədəbiyyatı, tarixi, mədəniyyəti, incəsənətinə məhəbbətin aşılanması məqsədilə seminar keçirildi. Seminarın iştirakçıları olan X-XI sinif şagirdləri çoxəsrlik tarixə malik olan dilimiz, ədəbiyyatımız, incəsənətimiz barəsində geniş məruzələrlə çıxış etdilər. Məruzələrdə Azərbaycan dilinin, ədəbiyyatının təşəkkül tarixindən ətraflı bəhs olundu. Seminarda məruzə xarakterli çıxışlarla yanaşı, videoçarxlar da nümayiş edildi. Tədbirin təşkil edilməsi şagirdlərdə milli-mənəvi dəyərlərimizi formalaşdırmaq, onları vətənə məhəbbət ruhunda tərbiyə etmək baxımından böyük əhəmiyyət kəsb etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi