Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu
11-12 fevral 2020-ci il tarixdə məktəbimizdə fenomen şəxsiyyət, görkəmli dövlət xadimi Heydər Əliyevin irsinin öyrənilməsi məqsədi ilə növbəti dərslər keçirildi. Məktəbin tərbiyə işləri üzrə direktor müavini, tarix müəllimi Oktay Musayevin tədris etdiyi dərslər “Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu” mövzusunu əhatə etdi. Oktay Musayev mövzu ətrafında geniş məruzə ilə çıxış etdi. Qeyd etdi ki, böyük şəxsiyyət Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətlərindən biri də müasir Azərbaycan ordusunun memarı olmasıdır. Müstəqilliyimizin və ərazi bütövlüyümüzün etibarlı qarantı olan bugünkü güclü ordu Heydər Əliyevin şah əsərlərindən biridir. Dərslərin tədrisi zamanı məruzəçinin ətraflı çıxışı ilə yanaşı, böyük şəxsiyyətin xalqımız qarşısındakı əvəzedilməz xidmətlərini əks etdirən videomateriallar da nümayiş olundu. Tədris olunan dərslər bütün ömrünü xalqımızın müstəqilliyi uğrunda mübarizəyə həsr etmiş unudulmaz şəxsiyyətin həyat və fəaliyyətini öyrənmək baxımından xüsusi əhəmiyyət kəsb etdi.