Şagirdlərin peşə seçimi

Məktəbimizdə IX sinif şagirdlərinin iştirakı ilə " Yüksək texnologiyalar sahəsində ixtisasların təbliğinə dair  peşə seçimi” mövzusunda  söhbətlər aparıldı. Məktəbin psixoloqu Lalə Bayramova mövzunun aktuallığı ilə bağlı şagirdlərə ətraflı məlumat verdi. Psixoloq qeyd etdi ki, hər bir insan öz meyil və maraqlarına, zehni qabiliyyətlərinə, xarakterik xüsusiyyətlərinə uyğun peşə seçərsə, bu peşədə daha çox müvəffəqiyyət əldə edə bilər və uğurlu karyeranın təməlini qoyar. Psixoloji yönümdə aparılan söhbətlərlə yanaşı, iştirakçılar arasında anket-sorğu da keçirildi. Müzakirələr zamanı şagirdlərin peşə seçimi ilə bağlı fikirləri dinlənildi, onlara müvafiq tövsiyələr verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi