20 Yanvar faciəsinə həsr olunan inşa yazı müsabiqəsi

Məktəbimizdə 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı silsilə tədbirlər keçirilir. Bu münasibətlə 17.01.2020-ci il tarixdə “20 Yanvar faciəsi tariximizin qan yaddaşıdır” mövzusunda inşa yazı müsabiqəsi təşkil edildi. V-XI sinif şagirdlərinin iştirak etdikləri müsabiqənin keçirilməsində əsas məqsəd 1990-cı ilin 20 yanvarında Bakıda törədilmiş qanlı cinayət hadisəsi barəsində şagirdləri məlumatlandırmaq, onlarda belə hadisələrə düzgün rəy vermək bacarığını formalaşdırmaq, vətənpərvərlik hislərini alovlandırmaqdan ibarət idi. Müsabiqə yekunlaşdıqdan sonra münsiflər heyəti tərəfindən qaliblər müəyyən edildi və mükafatlandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi