Heydər Əliyev irsinin öyrənilməsi
14-15 yanvar 2020-ci il tarixdə məktəbimizdə ulu öndər Heydər Əliyev irsinin öyrənilməsi məqsədi ilə növbəti dərslər təşkil edildi. Ümummilli liderin həyat və fəaliyyəti ilə bağlı " Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsi XX əsrdə xalqımızın ən böyük nailiyyətidir " mövzusunu əhatə edən dərslər məktəbimizin tarix müəllimi Ayməddin Qasımov tərəfindən tədris olundu. Dərslərin tədrisi çərçivəsində görkəmli şəxsiyyət Heydər Əliyevin Azərbaycan dövlətinin memarı kimi həyata keçirdiyi işlərdən, ölkəmizdə əsaslı sabitlik və inkişafın əldə olunmasındakı əvəzsiz rolundan bəhs edilən məruzələr dinlənildi. Ulu öndərin həyat və fəaliyyətini əks etdirən videoçarxlar nümayiş olundu. Qeyd edək ki, “Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda təşkil edilən dərslər dahi şəxsiyyətin zəngin dövlətçilik siyasəti və azərbaycançılıq ideologiyasının öyrənilməsinə, şagirdlərin milli-mənəvi dəyərlərə malik vətənpərvər şəxsiyyət kimi formalaşmasına xidmət edir.