Qanlı Yanvar Faciəsi
Milli birlik və qəhrəmanlıq simvoluna çevrilmiş 20 Yanvar faciəsindən 30 il keçir. Faciə qurbanlarının xatirəsini yad etmək məqsədi ilə 13.01.2020-ci il tarixdə məktəbimizdə Anım Günü keçirildi. Vətən yolunda şəhidlik zirvəsinə yüksələn mərd oğul və qızlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra 1990-cı ilin 20 yanvar gecəsində baş vermiş qanlı cinayət barəsində ətraflı məlumat verildi, məruzələr səsləndi. Xalqımıza qarşı törədilmiş terror aktını əks etdirən videoçarxlar nümayiş olundu. Şagirdlərin ifasında əsl qeyrət, hünər, ləyaqət zirvəsi olan şəhidlərin ruhuna ithaf edilən ədəbi-bədii kompozisiya nümayiş olundu.