“Ədəbiyyat biliciləri” müsabiqəsi
29.12.2019-cu il tarixdə məktəbimizdə “Ədəbiyyat biliciləri” müsabiqəsinin məktəb mərhələsi keçirildi. Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən təşkil olunan müsabiqədə məqsəd şagirdlərin Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılıqları haqqında məlumatlılıq səviyyəsini, ədəbi nümunələrin məktəblilər tərəfindən mütaliə olunması vəziyyətini öyrənmək və bu sahədə xüsusi fəallığı ilə fərqlənən şagirdləri aşkara çıxarıb qiymətləndirməkdir. Müsabiqənin məktəb mərhələsində VIII – XI sinif şagirdləri iştirak etdilər. Azərbaycan və dünya ədəbiyyatı nümunələrini mütaliə edən şagirdlər tərtib olunmuş sorğu vərəqlərindəki müvafiq sualları cavablandırdılar. Məktəb mərhələsinin nəticələrinə əsasən, iştirakçılardan 3 nəfəri seçilərək müsabiqənin növbəti mərhələsində iştirak etmək hüququ qazandı.