Mütaliəni həyat devizinə çevirək

26.12.2019-cu il tarixdə məktəb kitabxanasında “ Mütaliəni həyat devizinə çevirək “ başlığı altında tədbir keçirildi. Tədbirin təşkil olunması şagirdlərdə mütaliə vərdişlərini formalaşdırmaq, onların bədii-estetik zövqünü, dünya görüşünü inkişaf etdirmək məqsədi daşıyırdı. Tədbiri giriş sözü ilə açan məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Aysel Rəhimova mütaliə ilə məşğul olmağın şagirdlərin yüksək intellektə malik olmasında müstəsna əhəmiyyəti olduğunu qeyd etdi.Çıxışlardan sonra VII və VIII sinif şagirdlərinin iştirakı ilə ədəbiyyatımızın görkəmli nümayəndəsi, böyük ədib C.Məmmədquluzadənin hekayələrinin müzakirəsi keçirildi. Şagirdlər görkəmli yazıçının çoxşaxəli həyat və yaradıcılığı haqqında ətraflı məlumat verdilər, hekayələrin mövzu və ideyasına, baş qəhrəmanların davranış və əməllərinə münasibət bildirməklə geniş fikir mübadiləsi apardılar. Sonda məktəbin Azərbaycan dili və ədəbiyyat fənn metodbirləşməsinin rəhbəri Elnurə Salmanova çıxış edərək tədbirin təşkil olunmasını şagirdlərin ədəbi nümunələrin mütaliəsinə həvəsləndirilməsi istiqamətində xüsusi əhəmiyyət daşıdığını bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi