İstedadlı şagirdlərlə aparılan işlər

16.12.2019-cu il tarixdə məktəbimizdə xüsusi qabiliyyəti və istedadı olan şagirdlərin aşkara çıxarılması istiqamətində tədbir təşkil edildi. Tədbirin təşkilatçıları çıxış edərək şagirdlərin yaradıcılıq qabiliyyətinin inkişaf etdirilməsinin vacibliyini vurğuladılar. Bu sahədə görülən işlərin böyük əhəmiyyətini qeyd etdilər. Xüsusi istedada malik olan şagirdlər rəsm çəkmək, musiqi alətlərində ifa etmək, texnologiya fənninin imkanlarından məharətlə yararlanaraq müxtəlif əşyalar düzəltmək bacarıqlarını nümayiş etdirdilər. Fənn müəllimləri tərəfindən onlara lazımi tövsiyələr verildi. Tədbirdə mövzu ilə bağlı şagirdlərin marağına səbəb olan videoçarxlar nümayiş olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi